Təhsil müəssisələrində qida təhlükəsizliyinə nəzarət gücləndirilir

  • By Admin2
  • 04 Mart 2026 10:13

İnsan həyatı və sağlamlığı üçün xüsusi əhəmiyyət nəzərə alınaraq məktəbəqədər, orta və ali təhsil müəssisələrində qidaların keyfiyyəti, təhlükəsizliyi və rasionuna diqqətin artırılması istiqamətində tədbirlər genişləndirilir.

Gununsesi.info xəbər verir ki, yeni yanaşmaya əsasən, təhsil müəssisələrinin bufet və yeməkxanalarında təqdim olunan məhsulların tərkibi və saxlanma şəraiti daha ciddi nəzarətdə saxlanılacaq.

Eyni zamanda yetkinlik yaşına çatmayanlar üçün qəbul edilməsi qadağan olunan və ya məqsədəmüvafiq hesab edilməyən qida məhsullarının satışına nəzarət gücləndiriləcək.

Məsul qurumlar tərəfindən mütəmadi monitorinqlərin aparılması, sağlam və balanslaşdırılmış qidalanma prinsiplərinin tətbiqi, eləcə də valideynlərin maarifləndirilməsi nəzərdə tutulur. Məqsəd uşaqların və gənclərin sağlamlığının qorunması, onların düzgün qidalanma vərdişlərinin formalaşdırılmasıdır.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edir. Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan