Aİ səfirləri Ukraynaya 90 milyard avro məbləğində kreditin ayrılmasını və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləyiblər.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbrə verir.
Bildirilib ki, Avropa Komissiyası tərəfindən fevralın 6-da təqdim olunan sanksiyalar paketinə Rusiya ilə bağlı bir sıra yeni məhdudiyyətlər daxildir. Sənədə əsasən, sanksiya siyahısı əlavə gəmilərlə genişləndirilir, bəzi sahələr üzrə idxal və ixraca məhdudiyyətlər tətbiq olunur, həmçinin maliyyə qurumları və rəqəmsal platformalar da siyahıya salınır.
Eyni zamanda, məlumatda qeyd olunur ki, ilkin müzakirələrdə yer alan Rusiya neftinin dəniz yolu ilə daşınmasına tam qadağa son variantdan çıxarılıb.
Şəbnəm












