“Ulu Öndərin vəsiyyətini yerinə yetirdik” - İlham Əliyev (VİDEO)

Azərbaycan Prezidenti İlham Əliyev Zəngilana səfərindən video paylaşım edib.

Gununsesi.info həmin paylaşımı təqdim edir:

“Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Biz – onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik”.