“Biz – onun davamçıları onun vəsiyyətini yerinə yetirdik” - VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb.

Gununsesi.info xəbər verir ki, həmin paylaşımda deyilir:

“Bu gün ulu öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Biz – onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik”.

 

Gununsesi.info