Bütün sosial ödənişlər verildi

  • Müəllif: Orxan
  • 23 May 2026 10:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Gununsesi.info xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bundan əvvəl mayın 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, mayın 20-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin may ayı üzrə pensiyaları ödənilib.

Gununsesi.info