Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye və Selçuk Bayraktar cütlüyünün üçüncü övladı dünyaya gəlib.
Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, cütlüyün bir qız övladının da doğulması ilə Ərdoğanın nəvələrinin sayı 10-a çatıb.
Qeyd edək ki, Ərdoğanın qızı Esra Albayrak və Berat Albayrak cütlüyünün dörd, oğlu Bilal Ərdoğan və Reyyan Ərdoğan cütlüyünün isə üç övladı var.












