Tovuz rayonunda su kanalında meyit tapılıb.
Gununsesi.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Düz Cırdaxan ərazisindən keçən su kanalından 1987-ci il təvəllüdlü Sərxan Dəmirovun meyiti aşkar edilib.
Adıçəkilən şəxsin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon Bölməsinə aparılıb.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.








