Sosial şəbəkələrdə vətəndaşlar “Olivia” kosmetik mağazalarından narazılıq edir.
Gununsesi.info bildirir ki, vətəndaşlardan birinin paylaşımında mağazaların telefonlara və mesajlara cavab verməməsi qeyd olunub:
“Olivia mağazalarında ümumiyyətlə zənglərə və ya Vatsapda yazılanlara baxan, cavab verən var, bilmirsiniz?)
Əvvəl həftədə 1 dəfə də olsa cavab verirdilər, o da yola verərək, indi lap quruyub gediblər.
Sual verirsən müəyyən məhsul haqqında, hansı mağazada varsa deyin gedək alaq, yaxınımızdakı mağazalarda yoxdur, borclu çıxararaq cavab verirlər ki gedin gəzin mağazaların birində taparsınız, və ya standart cavab: sistemdə problem var, görə bilmirik.
Bunların yiyəsi, böyüyü kimdir, gedək başa salaq ki, xidmət belə olmur və müştəri ilə danışıq qaydası var? “

Şəbnəm












