Polis məni səbəbsiz yoxlaya bilərmi? - Rəy

  • By Admin2
  • 22 İyun 2026 16:51

Şəxsin polis əməkdaşları tərəfindən dayandırılması və yoxlanılması məsələsi ictimai qaydaların qorunması və hüquq-mühafizə fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Lakin bu səlahiyyətlər qeyri-məhdud deyil və yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Polis əməkdaşlarının şəxsləri yoxlama, sənədlərini tələb etmə və zəruri hallarda saxlanılma tədbiri görmə səlahiyyəti mövcuddur. Lakin bu səlahiyyət “subyektiv istəyə” əsaslana bilməz və yalnız qanunla müəyyən edilmiş əsaslar olduqda həyata keçirilir.

Bu sözləri Gununsesi.info-ya hüquqşünas Rəşad Səfərov deyib.

O bildirib ki, bu əsaslara cinayət və ya inzibati xəta törədilməsinə dair şübhə yarandıqda, şəxsin axtarışda olan şəxsə uyğunluğu ehtimal edildikdə, şəxsiyyətin müəyyən edilməsi zərurəti yarandıqda (sənəd təqdim edilmədikdə), operativ məlumat və ya xüsusi polis tədbirləri çərçivəsində yoxlama aparıldıqda əsasları daxildir.

Hüquqşünas həmçinin deyib:

Polis yoxlaması zamanı vətəndaş müəyyən hüquqlara malikdir. Bu hüquqların məqsədi yoxlama prosesinin qanun çərçivəsində aparılmasını təmin etməkdir. Yəni yoxlamanın səbəbini öyrənmək hüququ, polis əməkdaşının xidməti vəsiqəsini tələb etmək hüququ, saxlanılma halı baş verərsə, vəkil tələb etmək hüququ, saxlanılma barədə rəsmi protokolun tərtib olunmasını tələb etmək hüququ, qanunsuz müdaxiləyə qarşı şikayət etmək hüququ.

Orxan

Gununsesi.info