Tver yaxınlığındakı çadır düşərgəsində virus infeksiyası baş verib

  • By Admin2
  • 29 İyun 2026 15:44

RİA Novosti agentliyinin verdiyi məlumata görə, Tver vilayətinin Zapadnodvinsk Rayonlararası Prokurorluğu Vımpel-Ştorm çadır düşərgəsində uşaqların kütləvi zəhərlənməsi ilə bağlı araşdırmaya başlayıb.

Gununsesi.info xəbər verir ki, nəzarət orqanının məlumatına görə, 10-dan çox yetkinlik yaşına çatmayan şəxsə tibbi yardım lazım olub.

Onlar virus infeksiyası əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər.

İstintaq zamanı prokurorluq uşaqların hansı şəraitdə xəstələndiyini müəyyən edəcək və həmçinin düşərgələrdə yemək təminatı da daxil olmaqla, yetkinlik yaşına çatmayanların həyat və sağlamlığının qorunması üçün qanuni tələblərə riayət olunmasını qiymətləndirəcək.

Maqsud

Gununsesi.info