Azərbaycan nefti bahalaşdı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

Gununsesi.info xəbər verir ki, neftin 1 barelinin qiyməti 1.24 ABŞ dolları və 1.67% artaraq 75.60 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) olub.

Gununsesi.info