Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko bildirib.
Merin sözlərinə görə, 46 nəfər yaralanıb.
Siyasi şərhçi Şahin Cəfərlinin fikrincə, əgər əvvəllər raketlər hərbi və ya hərbi-sənaye təyinatlı hədəflərə yönəldilsə də, müxtəlif səbəblərdən hədəfdən yayınaraq yaşayış binalarına düşürdüsə bu da cinayət hesab olunur son hücumlarda mülki əhalinin qəsdən hədəf alınması açıq şəkildə qorxu yaymaq məqsədi daşıyır:

“Ukrayna hava-raket hücumlarından müdafiə vasitələri qanadlı raketləri uğurla zərərsizləşdirsə də, ballistik raketləri vura bilən “Patriot” sisteminə aid PAC-3 tipli raketlərin kəskin çatışmazlığı yarandığı üçün ballistikanın qarşısını almaq mümkün olmur. Ukrayna hazırda özünün anti-ballistika proqramı üzərində işləyir, amma buna müəyyən vaxt lazımdır.
Putinin raket terroru aydındır ki, güc nümayişidir. Rusiya daxilində narazılığın artmağa başladığı, beynəlxalq rəydə isə cəbhədə vəziyyətin Ukraynanın xeyrinə dəyişdiyi barədə fikir formalaşması manyak diktatoru narahat etdiyi və qorxutduğu üçün o, hələ də ayaqda qaldığını, əlində real güc olduğunu nümayiş etdirməyə ehtiyac duyur. Lakin yaşayış binalarının vurulması gücün deyil, diktatorun paranoyak və isterik ruh halının göstəricisi olduğu üçün bu yolla o, vəziyyəti öz xeyrinə dəyişə bilməz”.
Şəbnəm












