İranda etirazlara görə daha 12 nəfər edam ediləcək

İran Ali Məhkəməsi yanvar etirazları zamanı İsfahanda həbs edilən 12 etirazçı barəsində çıxarılan edam hökmünü təsdiq edib və qərarı İsfahan İnqilab Məhkəməsinin Hökmlərin İcrası Şöbəsinə göndərib.

 Gununsesi.info xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bununla yanaşı 23 etirazçının da hər birinə 5 və 10 il həbs cəzası verilib.

Onlar İsfahanda keçirilən etiraz aksiyaları zamanı yarımhərbi “Bəsic” qüvvələrinin 4 üzvünün öldürülməsində ittiham olunurlar. 

 

 Gununsesi.info