Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirib

  • By Admin2
  • 10 İyul 2026 16:46

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə informasiya təhlükəsizliyi məsələlərini müzakirə etməyi təklif edib.

Gununsesi.info-nun xəbərinə görə, dövlət başçısı iclasın əvvəlində bildirib ki, “Bu gün bizim çox vacib bir sualımız var, o da: “Yeni texnologiyaların yaradılması və tətbiqi ilə əlaqəli informasiya təhlükəsizliyinə təhdidlər və çağırışlar haqqında”.

Kremlin veb saytında iclasın videokonfrans vasitəsilə keçirildiyi dəqiqləşdirilib.

Görüşdə Baş nazir Mixail Mişustin , Rusiya parlamentinin yuxarı və aşağı palatalarının spikerləri Valentina Matviyenko və Vyaçeslav Volodin, eləcə də Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov iştirak edib.

Həmçinin müdafiə naziri Andrey Belousov, prezidentin köməkçisi Nikolay Patruşev, prezident administrasiyasının rəhbəri Anton Vayno və Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da iştirak edib.

Maqsud

Gununsesi.info