Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Ağyazıbuduq kəndi ərazisində qeydə alınıb. Avtomobil naməlum səbəbdən su hovuzuna düşüb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub.
Dalğıclar qaldırıcı kranın köməyi ilə avtomobili sudan çıxarıblar. Nəqliyyat vasitəsinin içərisində olan 1957-ci il təvəllüdlü Kərimov Rafiq Paşa oğlunun meyiti də sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.










