Bu ölkədə rus dili qadağan edilə bilər

  • By Admin2
  • 15 İyul 2026 12:23

Latviya dövlət mediasında rus dilinin istifadəsinə qadağa təklif olunur.

Gununsesi.info xəbər verir ki, Latviyanın dövlət teleradio portalı LSM-in məlumatına görə, ölkədə dövlət mediasında rus dilində yayımların dayandırılması təklif edilir.

Mədəniyyət naziri Nauris Puntulis bildirib ki, ölkənin kütləvi informasiya vasitələrində rusdilli məzmun aradan qalxmalıdır. Bundan əvvəl nazir tabeliyində olan qurumlara ictimai məkanda rus dilindən istifadənin dayandırılması ilə bağlı göstəriş vermişdi.

Gununsesi.info