ABŞ İranı danışıqlara necə məcbur etməyə çalışır?

“İranın Körfəz bölgəsində həyata keçirdiyi son hərbi təxribatlardan sonra ABŞ administrasiyası yeni hərbi kampaniyaya start verdi. ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində açıq şəkildə bəyan etdi ki, məqsəd İranı yenidən danışıqlar masasına qaytarmaqdır.

“Əgər onlar danışıqlara razı olmazlarsa, biz onların bütün körpülərini, bütün elektrik stansiyalarını məhv edəcəyik”, – Tramp qeyd edib.

Tramp bildirib ki, ABŞ ordusu yaxın günlərdə də zərbələri davam etdirəcək və növbəti hədəflər enerji infrastrukturu olacaq.

Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Mürtəza Bünyadlı bildirib ki, bu bəyanatlar Vaşinqtonun İranı iqtisadi və hərbi baxımdan maksimum təzyiq altında saxlayaraq siyasi güzəştlərə məcbur etmək strategiyasını seçdiyini göstərir:

“Eyni zamanda Tramp qeyd edib ki, Vaşinqton və Tehran arasında gizli diplomatik kanallar hələ də fəaliyyət göstərir və ABŞ tərəfi İrana yenidən razılığa gəlməyi tövsiyə edir. Bu isə onu göstərir ki, hərbi əməliyyatlarla diplomatiya paralel şəkildə davam etdirilir və hərbi təzyiq danışıqlar üçün əsas alətə çevrilib”.

 

Günay

Gununsesi.info