Netanyahu yenidən ABŞ-yə gedir

  • By Admin2
  • 15 İyul 2026 12:52

İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 18-də ABŞ-yə səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Ynet” portalı İsrailin yüksəkvəzifəli mənbəyinə istinadən məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüş keçirəcək.

Məlumata görə, İsrail hökumətinin başçısı, həmçinin respublikaçı senator Lindsi Qremin dəfn mərasimində iştirak edəcək.

Gununsesi.info