Biləsuvarda maşın kollektora aşıb.
Gununsesi.info xəbər verir ki, hadisə Aşağı Cürəli kəndində qeydə alınıb.
Hərəkətdə olan “Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi kollektora düşüb.
1960-cı il təvəllüdlü Əlizadə Əliyev sükan arxasında ürək tutmasından vəfat edib, avtomobil bu səbəbdən idarəetmədən çıxıb.










