Əməliyyata gedənlər özlərini psixoloji cəhətdən necə hazırlamalıdır? – Psixoloqdan tövsiyələr

Qarşıdan gələn əməliyyat xəbəri bir çox insanda qorxu və həyəcan yaradır.

Bəzən insanlarla günlərlə bu barədə düşünür.

Mütəxəssislər deyir ki, əməliyyata yalnız bədən deyil, psixoloji baxımdan da hazır olmaq sağalma dövrünə müsbət təsir göstərir.

Psixoloq Sevinc Həbibova Gununsesi.info -ya açıqlamasında əməliyyat öncəsi gərginliyin necə idarə olunması ilə bağlı tövsiyələrini verib:

“Əməliyyat öncəsi həyəcan və narahatlıq bir çox insan üçün təbii haldır. Bu hissləri gizlətmək deyil, qəbul etmək daha sağlam yanaşmadır. Əməliyyat barədə həkimdən dolğun məlumat almaq naməlumluq hissini azaldır və insanı sakitləşdirir. Yaxınlarla söhbət etmək və mənəvi dəstək almaq da gərginliyin azalmasına kömək edir”.

Psixoloq qeyd edib ki, nəfəs alıb-vermə məşqləri və sakitləşdirici düşüncələr həyəcanı idarə etməyə kömək edə bilər.

Onun sözlərinə görə, əməliyyatdan əvvəl mənfi düşüncələrə qapılmaq əvəzinə, sağalma dövrünə köklənmək daha faydalıdır:

“Sevinc Həbibova vurğulayıb ki, hər kəsin qorxusu fərqlidir və bu hisslərə görə özünü qınamaq düzgün deyil. Yuxu və dincəlməyə diqqət yetirmək, həkimin göstərişlərinə əməl etmək olduqca vacibdir. Psixoloji hazırlıq əməliyyatın özündən çox, sağalma dövrünü daha rahat keçirməyə kömək edən mühüm amillərdən biridir”. 

 

Günay

Gununsesi.info