“Brent” nefti ucuzlaşdı

  • Müəllif: Firuzə
  • 31 İyul 2026 09:32

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin sentyabr müqaviləsinin dəyəri 1.48% azalaraq 1 barelə görə 87.71 dolları təşkil edib.

Gununsesi.info-nun məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin avqust ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 1,79% azalaraq 82.09 ABŞ dollarına bərabər olub.

Gununsesi.info