Bakıda futbol meydançasında meyit tapıldı

  • Müəllif: Firuzə
  • 03 Avqust 2026 11:48

Bakının Nizami rayonunda meydançada meyit tapılıb.

Gununsesi.info APA-ya istinadla xəbər verir ki, hadisə avqustun 2-də Q.Qarayev prospekti 81-də yerləşən futbol meydançasında qeydə alınıb.

Meyiti tapılan şəxsin Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Bəkir Əhmədov olduğu bildirilir.

Meyit üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

Gununsesi.info