Ruben Rubinyan Ermənistan Parlamentinin yeni sədri seçilib

  • Müəllif: Firuzə
  • 03 Avqust 2026 21:29

36 yaşlı Ruben Rubinyan Ermənistan Parlamentinin yeni sədri seçilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

1990-cı ildə Yerevanda doğulan Rubinyan Yerevan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. Daha sonra London Universitet Kollecində (University College London) siyasət və təhlükəsizlik üzrə magistr təhsili alıb.

O, 2018-ci ildə Ermənistanın xarici işlər nazirinin müavini olub. 2019-cu ildə deputat seçilib və Parlamentdə “Xarici Əlaqələr Daimi Komitəsi”nin sədri vəzifəsini tutub.

Gununsesi.info