Ukraynada azərbaycanlı tələbə dron hücumu nəticəsində yaralandı

  • Müəllif: Firuzə
  • 04 Avqust 2026 16:24

Ukraynada təhsil alan azərbaycanlı tələbə Rusiyanın dron hücumu nəticəsində xəsarət alıb.

Gununsesi.info Manset.az-a istinadən xəbər verir ki, Ukraynada dənizçilik ixtisası üzrə təhsil alan azərbaycanlı tələbə Əli Mehdiyev Rusiyanın dron hücumu nəticəsində ağır yaralanıb.

Bədəninin 70 faizi yanan Əli Mehdiyev hazırda komadadır.

Qeyd edək ki, Əli Mehdiyev Bakı şəhəri 220 nömrəli məktəbin məzunu olub. O, məktəbi bitirdikdən sonra Ukraynaya dənizçilik ixtisası üzrə təhsil almağa yollanıb.

Gununsesi.info