Ukrayna ordusu Xarkovda əks-hücuma keçdi

  • Müəllif: Firuzə
  • 04 Avqust 2026 16:33

Rusiya ordusu avqustun əvvəlində Ukraynanın Kupyansk şəhəri istiqamətində hücum əməliyyatlarını davam etdirsələr də, irəliləyiş əldə edə bilməyib. Buna səbəb Ukrayna Silahlı Qüvvələrinin həmin ərazidə əks-hücumlar həyata keçirməsi olub.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Rusiyalı hərbi bloqerlər iddia ediblər ki, rus ordusu Kupyanskın mərkəzi hissəsində, şəhərin şimalında və cənubunda, həmçinin Kupyansk-Vuzlovıyın qərbində irəliləyib. Onların sözlərinə görə, hərbi qüvvələr Kupyanskın mərkəzi hissəsinə nəzarət edir, Ukrayna ordusu isə şəhərin ətrafından əks-hücum həyata keçirirlər.

“Ukrayna qüvvələri Xarkov vilayətində həm müdafiə, həm də hücum əməliyyatları həyata keçirir. Ukrayna Milli Qvardiyasının 2-ci Korpusunun sözçüsü Volodimir Deqtyaryov bildirib ki, Ukrayna qüvvələri Xarkov vilayətində iki istiqamətdə əməliyyat aparırlar: bunlardan biri Xarkov şəhərinin şimalı və şərqində müdafiə əməliyyatı, digəri isə Kupyansk istiqamətində hücum əməliyyatıdır”, – ABŞ institutu qeyd edib.

Gununsesi.info