Hikmət Hacıyev: "Mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib"

  • Müəllif: Firuzə
  • 05 Avqust 2026 20:39

“Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüşümüz baş tutdu. Amma təəssüflə qeyd edirəm ki, “Türkiye Gazetesi”nın jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib”.

Gununsesi.info  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

H.Hacıyev bildirib ki, həmin məqalədə ona istinadən verilən bir sıra ifadələr düzgün deyil:

“Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür”.

Image

Gununsesi.info