“ABŞ İranda daxili siyasi vəziyyətin inkişafı ilə bağlı proqnozlarında səhvə yol verib”.
Gununsesi.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Dövlət başçısı ABŞ-nin İrana süni intellekt məlumatları əsasında hücum etdiyini iddia edib.
“Düşmən ölkəmizdə aclıq, talan və sosial çöküş, qeyri-sabitlik və təzyiq yaradaraq məqsədinə çata biləcəyini düşünürdü. Amma onun süni intellektdən, casus şəbəkələrindən və agentlərdən əldə etdiyi informasiyalara əsaslanan hesablamaları bir-birinin ardınca iflasa uğradı”, – Pezeşkian bildirib.










