Şahbuzda qəza oldu, 76 yaşlı qadın öldü

  • Müəllif: Firuzə
  • 10 Avqust 2026 19:08

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Şahbuz-Batabat magistralında “VAZ 21013” markalı avtomobilin aşması nəticəsində Şahbuzun Biçənək kənd sakini, 1950-ci il təvəllüdlü Əsli Cəlil qızı Cəlilova həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.

Gununsesi.info