Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı Novorossiyskdəki təhsil müəssisələrinə ziyan dəyib

  • Müəllif: Orxan
  • 12 Avqust 2026 15:17

Ukrayna Silahlı Qüvvələrinin Krasnodar diyarındakı Novorossiysk şəhərinə hücumu zamanı iki məktəb və bir kollec zərər görüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Novorossiysk meri Andrey Kravçenko özünün Max messenger kanalında məlumat verib.

“Yenilənmiş məlumata görə, Şərq rayonundakı ümumtəhsil məktəbinin, idman məktəbinin və kollecin binalarına ziyan dəyib”, – deyə açıqlamada bildirilir.

Mer əlavə edib ki, hücumdan sonra iki su təchizatı xətti qırılıb. Buna görə də Novorossiyskdə su təchizatı  müvəqqəti olaraq dayandırılıb.

Kravçenko vurğulayıb ki, “Birinci mərhələdəki ziyan aradan qaldırılıb. Su kəməri işə salınıb, yuyulub və doldurulub”.

Maqsud

Gununsesi.info