Baxmayaraq ki, dəniz mövsümü hələlik bitməyib, ancaq 2026-cı ilin yayında Azərbaycanda dənizdə boğularaq həyatını itirən şəxslər arasında tanınmışlar var.
Gununsesi.info xəbər verir ki, tanınmış şəxslər arasında “Krosna” qrupunun solisti Seymur Allahverdiyev də yer alır.
30 yaşlı sənətçi avqustun 10-da Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində dənizdə boğulub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda, nəzarətsiz ərazidə baş verib. Dalğıc-xilasedicilər tərəfindən Seymur Allahverdiyev Sadiq oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edəkmki, Seymur Allahverdiyev “Krosna” qrupunun solisti kimi tanınırdı.
Onun ölümü avqustun 11-də mətbuatda yayıldı və sənətçinin yaxınları, dostları və onu tanıyanlar arasında böyük təəssüf doğurdu.
Digər bir tanınmış isə AzTV əməkdaşı Məqsəd Əlisahib oğlu Məmmədlidir.
O, 35 yaşında idi, AzTV-nin İnformasiya Proqramları studiyasında prodüser işləyib.
Mərdəkanda dənizdə bataraq ölüb.
Meyiti xilasetmə məntəqəsindən təxminən 2 km aralıda, nəzarətsiz ərazidə aşkarlanıb.
Xatırladaq ki, Məqsəd Məmmədli 44 günlük Vətən Müharibəsi iştirakçısı idi.
Bundan əlavə, bu il üçün onlarla insan dənizdə bataraq ölüb.
Allah rəhmət eləsin!
Elmar












