Xızı rayonunun Sayadlar kəndi yaxınlığında yerləşən Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin xatirə muzeyi uzun illərdir ədəbiyyatsevərlərin, turistlərin və şairin yaradıcılığı ilə maraqlanan insanların ziyarət etdiyi məkanlardan biridir.
Lakin bu gün həmin muzeyə gedən yol ciddi problem qarşısındadır.
Gununsesi.info xəbər verir ki, son aylarda yağan aramsız leysan yağışları nəticəsində muzeyə gedən yolun üzərində yerləşən körpü uçub.
Körpünün dağılmasından uzun müddət keçməsinə baxmayaraq, onun bərpası istiqamətində hər hansı ciddi iş görülmədiyi bildirilir.
Hazırda çayın üzərindəki keçidin dağılmış vəziyyətdə qalması xatirə muzeyinə gediş-gəlişi olduqca çətinləşdirir.
Ərazidə çayın yatağında daş və digər maneələrin olması, xüsusilə yağışlı günlərdə keçidi daha da təhlükəli vəziyyətə gətirir.
Məsələ təkcə bir körpünün uçması ilə bağlı deyil. Söhbət Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin adını daşıyan, onun xatirəsini yaşadan bir mədəniyyət ocağına çıxışın təmin olunmasından gedir.
Muzeyə gələn insanların, xüsusilə yaşlı şəxslərin və turistlərin çay yatağından keçərək əraziyə çatması ciddi narahatlıq yaradır.
Halbuki belə bir mədəniyyət məkanına gedən yolun təhlükəsiz və rahat olması təmin edilməlidir.
Ərazidəki vəziyyət onu da göstərir ki, körpünün bərpası yalnız nəqliyyat məsələsi deyil, həm də həmin tarixi-mədəni məkanın gələcək taleyi baxımından əhəmiyyətlidir.
Mikayıl Müşfiqin xatirəsinin yaşadıldığı bu məkan baxımsız və əlçatmaz vəziyyətdə qalmamalıdır. Müvafiq dövlət qurumlarının diqqətini problemin həllinə yönəltməsi, uçmuş körpünün bərpası və muzeyə gedən yolun yenidən təhlükəsiz vəziyyətə gətirilməsi vacibdir.
Sual isə açıq olaraq qalır: Mikayıl Müşfiqin xatirə muzeyinə gedən körpünün bərpası üçün daha nə qədər gözləmək lazım olacaq?
Məsələ ilə bağlı aidiyyatı orqanladın mövqeyini öyrənməyə çalışacağıq.
@gununsesi.info Xızı rayonunun Sayadlar kəndi yaxınlığında yerləşən Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin xatirə muzeyi uzun illərdir ədəbiyyatsevərlərin, turistlərin və şairin yaradıcılığı ilə maraqlanan insanların ziyarət etdiyi məkanlardan biridir. Lakin bu gün həmin muzeyə gedən yol ciddi problem qarşısındadır. Gununsesi.info xəbər verir ki, son aylarda yağan aramsız leysan yağışları nəticəsində muzeyə gedən yolun üzərində yerləşən körpü uçub. Körpünün dağılmasından uzun müddət keçməsinə baxmayaraq, onun bərpası istiqamətində hər hansı ciddi iş görülmədiyi bildirilir. Hazırda çayın üzərindəki keçidin dağılmış vəziyyətdə qalması xatirə muzeyinə gediş-gəlişi olduqca çətinləşdirir. Ərazidə çayın yatağında daş və digər maneələrin olması, xüsusilə yağışlı günlərdə keçidi daha da təhlükəli vəziyyətə gətirir. Məsələ təkcə bir körpünün uçması ilə bağlı deyil. Söhbət Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin adını daşıyan, onun xatirəsini yaşadan bir mədəniyyət ocağına çıxışın təmin olunmasından gedir. Muzeyə gələn insanların, xüsusilə yaşlı şəxslərin və turistlərin çay yatağından keçərək əraziyə çatması ciddi narahatlıq yaradır. Halbuki belə bir mədəniyyət məkanına gedən yolun təhlükəsiz və rahat olması təmin edilməlidir. Ərazidəki vəziyyət onu da göstərir ki, körpünün bərpası yalnız nəqliyyat məsələsi deyil, həm də həmin tarixi-mədəni məkanın gələcək taleyi baxımından əhəmiyyətlidir. Mikayıl Müşfiqin xatirəsinin yaşadıldığı bu məkan baxımsız və əlçatmaz vəziyyətdə qalmamalıdır. Müvafiq dövlət qurumlarının diqqətini problemin həllinə yönəltməsi, uçmuş körpünün bərpası və muzeyə gedən yolun yenidən təhlükəsiz vəziyyətə gətirilməsi vacibdir. Sual isə açıq olaraq qalır: Mikayıl Müşfiqin xatirə muzeyinə gedən körpünün bərpası üçün daha nə qədər gözləmək lazım olacaq? Məsələ ilə bağlı aidiyyatı orqanladın mövqeyini öyrənməyə çalışacağıq.
Günay Mahirqızı












