27 yaşlı oğlan futbol oynayarkən öldü

  • Müəllif: Orxan
  • 17 Avqust 2026 12:41

Bakıda gənc oğlan futbol oynayarkən vəfat edib.

Gununsesi.info xəbər verir ki, hadisə dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində yerləşən stadionda baş verib.

Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Xəyal Xaliq oğlu İbadov futbol oynayan zaman səhhətinin qəfil pisləşməsi səbəbindən həyatını itirib.

Onun ürək çatışmazlığından öldüyü bildirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu araşdırma aparır.

Gununsesi.info