Ukraynalı iş adamı Yermolayev iddia edib ki, ona qarşı sui-qəsd cəhdini xüsusi bir şəxs sifariş edib

  • Müəllif: Orxan
  • 20 Avqust 2026 13:07

CNN-in məlumatına görə, Monakoda sui-qəsd cəhdindən sağ çıxan ukraynalı iş adamı Vadim Yermolayev Ukrayna kəşfiyyat zabitlərinə şəxsi müştəri adından hərəkət etmək üçün pul ödədiklərini düşünür.

Gununsesi.info-nun xəbərinə görə, “Düşünürəm ki, bu, sifarişli sui-qəsd idi. Kimsə bu cür əməliyyatları necə həyata keçirməyi bilən hərbi kəşfiyyat mütəxəssislərini özəl olaraq işə götürüb və onlar bu işi pul müqabilində öz üzərinə götürüblər”, – deyə o bildirib.

Eyni zamanda, Yermolaev qeyd edib ki, Kiyevin ona qarşı sui-qəsd cəhdində iştirak etdiyi ehtimalına şübhə ilə yanaşır.

Qeyd edək ki, Monakoda partlayış iyunun 29-da baş verib. Yermolayevdən əlavə, onun yoldaşı və 13 yaşlı oğlu da yaralanıb. Əsas şübhəli İnterpolun beynəlxalq axtarış siyahısına daxil edilmiş Ukrayna vətəndaşı Anastasiya Berezovskaya olub.

Onun cəsədi iyulun 6-da Kiyev yaxınlığında güllə yaraları ilə tapılıb. Keçmiş hüquq-mühafizə orqanı əməkdaşı ilə birlikdə saxlanılan Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hazırkı zabiti cinayəti etiraf edib.

Maqsud

Gununsesi.info