Türkiyənin əhalisi 2026-cı ilin ilk yarısında 228 min 434 nəfər artaraq iyulun 1-nə 86 milyon 320 min 602 nəfərə çatıb.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən açıqlanan məlumatlara əsasən, ölkə əhalisinin 50,01 faizini kişilər, 49,99 faizini isə qadınlar təşkil edir.
Beləliklə, Türkiyədə kişilərin sayı qadınların sayını cüzi fərqlə üstələyib.
2026-cı ilin əvvəlində 86 milyon 92 min 168 nəfər olan Türkiyə əhalisi altı ay ərzində 228 min 434 nəfər artıb.
Ölkənin əhali sayında kişilərin payı 50,01 faiz, qadınların payı isə 49,99 faiz təşkil edib. Bu göstərici cinslər üzrə əhali bölgüsünün demək olar ki, bərabər olduğunu göstərir.












