Zəngəzur dəhlizinə məsul şəxs məzuniyyətə çıxır

  • Müəllif: Orxan
  • 22 Avqust 2026 11:35

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryana iki günlük illik məzuniyyət verilib.

Gununsesi.info qərarla Qriqoryanın sentyabrın 3-4-də iki iş günü müddətində məzuniyyətdə olması təsdiqlənib.

Qeyd edək ki, Mher Qriqoryan Ermənistan-Azərbaycan münasibətləri, o cümlədən regionda kommunikasiyaların açılması və Zəngəzur dəhlizi ilə bağlı proseslərdə əsas məsul şəxslərdən biridir. Ermənistan tərəfi onun rəhbərliyi ilə Azərbaycanla kommunikasiyaların açılması istiqamətində müxtəlif müzakirələr aparır.

Gununsesi.info