Azərbaycan–Özbəkistan münasibətlərinin dövlət başçılarımızın siyasi iradəsi sayəsində intensiv inkişafı iqtisadi əlaqələrimizin daha da şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın gücləndirilməsinə mühüm stimul verir.
Gununsesi.info xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Özbəkistanla Azərbaycan arasında uğurla yekunlaşan 4-cü Regionlararası Forum çərçivəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlər imzalanıb. Enerji, maliyyə, infrastruktur, tikinti və istehsal kimi prioritet sahələrdə əməkdaşlığı əhatə edən sənədlər biznes assosiasiyaları arasında əlaqələrin daha da möhkəmləndirilməsini, özəl sektorun potensialının tam reallaşdırılmasını və birgə layihələrin həyata keçirilməsini təmin edəcək”, – deyə nazir qeyd edib.








