Rusiyanın Yabloko Partiyasının sədrinin müavini Lev Şlosberq Pskvoda 11 il 1 aylıq həbs cəzasına məhkum edilib.
Gununsesi.info xəbər verir ki, AzadlıqRadiosunun Rusiya xidməti onun ordu haqqında saxta məlumat paylaşmaq maddəsi ilə ittiham ediliyini bildirib.
Şlosberqin özü avqustun 18-də haqqında verilən qərarı şərh edib və Rusiyada dəyişikliklər vaxtının çatdığını yazıb. Siyasətçi həbsini siyasi sifariş adlandırıb və bu qərarın antidövlət xarakteri daşıdığını vurğulayıb:
“Rusiya ictimaiyyəti böyüyür və belə məhkəmə proseslərini başa düşür. İndi qarşımızda yeni tarixi şans yaranıb… İnsanların dinc və azad həyata doğru dayanmaz axını Rusiyada fundamental ictimai çevrilişin başladığını göstərir. Hökumət bunun qaçılmaz olduğunu nə qədər tez anlasa, bir o qədər çox insan həyatı xilas edilmiş olar”.
Şlosberqin həbsi Rusiyanın mühacirətdəki müxalifəti və Yabloko Partiyasının kəskin tənqidinə səbəb olub. Hakimiyyət isə məhkəmə qərarını şərh etməyib.
Şlosberq 2025-ci ildən həbsdə saxlanılırdı. Onun rəhbərliyində təmil olunduğu Yabloko Partiyası Rusiyanın Ukraynadakı müharibəsinə qarşı çıxış edən yeganə siyasi qüvvədir. Bundan öncə Rusiya məhkəməsi partiyanın parlament seçkisinə buraxılmaması barədə qərar verib.












