Prezident İlham Əliyev Daşkənddə mətbuata bəyanatında Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolunu qeyd edib.
Gununsesi.info xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:
“Bir daha Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiyaların cəlb olunmasında xüsusi rolunu qeyd etmək istərdim. İlk yardım Özbəkistan tərəfindən göstərilib: Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi, Xankəndidə tikiş fabrikinə investisiyanın qoyulması.
İlk iri sənaye müəssisəsi də yenə Özbəkistanla bağlıdır”.








