Dövlət Bayrağı Meydanı və Muzeyi Prezidentin İşlər İdarəsinin balansına verildi

  • Müəllif: Firuzə
  • 25 Avqust 2026 16:47

Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin bütün əmlakının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilib.

Gununsesi.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Fərmanında əksini tapıb.

Fərmana əsasən, Dənizkənarı Bulvar İdarəsinin Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət, onların idarə edilməsi və saxlanılması ilə bağlı hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə keçir;

Nazirlər Kabineti Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin bütün əmlakının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilməsini iki ay müddətində təmin etməlidir.

Gununsesi.info