Füzulidə yeniyetmə atdan yıxılaraq öldü

  • Müəllif: Orxan
  • 29 Avqust 2026 10:55

Füzuli rayonunda 12 yaşlı oğlan atdan yıxılaraq ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə Zobucuq-5 qəsəbəsinin ərazisində baş verib.

Qarğabazar kənd sakini 2014-cü il təvəllüdlü R.N. avqustun 14-də atdan yıxılaraq xətəxanaya yerləşdirilib və ötən gün orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info