Bakıda quldurluq edən şəxs saxlanıldı

  • Müəllif: Orxan
  • 29 Avqust 2026 10:58

Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyərək onun 960 manat pulunu, içərisində 250 manat dəyərində mobil telefon və 2 ədəd bank kartı olan çantasını götürüb.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Elvin Fərəcov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

Gununsesi.info