Qubernator Yekaterinburqa Ukrayna dronları tərəfindən hücum edildiyini təsdiqlədi

  • Müəllif: Orxan
  • 31 Avqust 2026 11:45

Sverdlovsk vilayətinin qubernatoru Denis Pasler Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) Yekaterinburqa hücumu barədə məlumatları təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə vilayət qubernatoru Telegram kanalında açıqlama yayıb.

Mətndə deyilir: “Əziz Ural sakinləri! Bu gün bölgə daha bir düşmən hava hücumu ilə üzləşdi”.

Paslerin sözlərinə görə, dronlar və onların qalıqları yaşayış binalarına və logistika mərkəzinə dəyib. Hakimiyyət orqanları hazırda itki sayını yoxlayır və zədələnmiş ərazilərdə təxliyə işləri aparılır.

“Yanğınlar aşkar edilib. Bütün təcili yardım xidmətləri işləyir”, – deyə qubernator vurğulayıb.

Regional qubernator pilotsuz təyyarələrin hücum riskinin hələ də qaldığı barədə xəbərdarlıq edib. O, sakinləri sakit və sayıq olmağa çağırıb.

Maqsud

Gununsesi.info