Aptekdə ölüm hadisəsi baş verdi

  • Müəllif: Firuzə
  • 31 Avqust 2026 14:40

Paytaxtın mərkəzində yerləşən apteklərin birində ölüm hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, avqustun 29-u saat 13 radələrində Üzeyir Hacıbəyli küçəsi 46/50-də yerləşən aptekdə 55-60 yaşlı kişi ölüb.

Məlum olub ki, vəfat edən şəxs Zəngilan rayon sakini 1968-ci il təvəllüdlü Mehman Mahmudovdur. Onun infarktdan öldüyü bildirilib.

Araşdırma aparılır.

Gununsesi.info