Nepalda ölənlərin sayı 919-a çatdı

  • Müəllif: Firuzə
  • 31 Avqust 2026 14:43

Nepalın şimalında daşqın nəticəsində ölənlərin sayı 903 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Nepalın Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb.

Bildirilib ki, təxminən 4,2 min nəfər itkin düşmüş hesab olunur.

Məlumata görə, 10 461 nəfər xilas edilib. İtkin düşənlər arasında 592 əcnəbi var.

Bundan başqa, hidroenergetika obyektlərinin ən azı 933 işçisi tunellərdə qala bilər.

***

Nepalda baş verən dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı 919 nəfərə çatıb.

Bu barədə nepal polisi məlumat yayıb.

Gununsesi.info