Hikmət Hacıyevlə Alen Simonyan görüşüb

  • Müəllif: Orxan
  • 01 Sentyabr 2026 09:18

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanla görüşüb.

Gununsesi.info xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.

O, görüşün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən görüşündən sonra baş tutduğunu bildirib.

“Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Bişkekdə keçirilən görüşündən sonra sülh gündəliyi ilə bağlı müzakirələr Alen Simonyanla davam etdirilib”, – deyə Hikmət Hacıyev qeyd edib.

Gununsesi.info