Japarov sammit iştirakçılarını qarşılayır - Canlı

  • Müəllif: Orxan
  • 01 Sentyabr 2026 09:30

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edən dövlət və hökumət başçılarının qarşılanma mərasimi başlayıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov sammit iştirakçılarını “Yrys Ordo” Konqres Mərkəzində qarşılayır.

Mərasimdən sonra ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası və “ŞƏT plyus” formatında görüş keçiriləcək.

Gununsesi.info