Azpost.info-nun 7 yaşı tamam oldu

  • Müəllif: Orxan
  • 02 Sentyabr 2026 11:39

Azpost.info xəbər portalının fəaliyyətə başlamasından 7 il ötür.

Gununsesi.info xəbər verir ki, Azpost.info fəaliyyətə başladığı gündən xəbərlərin operativ, obyektiv və məsuliyyətli şəkildə çatdırılmasını əsas məqsədlərindən biri kimi müəyyənləşdirib.

Ötən 7 il ərzində portal tərəfindən minlərlə xəbər hazırlanıb, gündəmin əsas hadisələri izlənilib və bir sıra mühüm xəbərlər operativ şəkildə ictimaiyyətə çatdırılıb.

Azpost.info üçün dəyişməyən əsas prinsip isə oxucu qarşısında olan məsuliyyətdir.

Bununla bağlı Azpost.info-nun təsisçisi Xəqani Səfəroğlu da fikirlərini bölüşüb.

“Bu 7 ildə minlərlə xəbər hazırladıq, gündəmin ən vacib hadisələrini izlədik, bəzən ilk olduq, bəzən səhərə qədər işlədik. Qarşımıza müxtəlif çətinliklər çıxdı, amma yolumuza davam etdik”, – deyə o qeyd edib.

O, portalın 7-ci ildönümü münasibətilə oxuculara da təşəkkür edib.

Həmçinin xəbərləri oxuyan, paylaşan, fikirlərini bildirən, tənqid edən və hər gün sayta daxil olan oxucuların Azpost.info-nun fəaliyyətində mühüm rol oynadığı bildirilib.

Qeyd olunub ki, qarşıdakı dövrdə əsas hədəf daha çox xəbər yayımlamaqla yanaşı, daha keyfiyyətli, faydalı, maraqlı və etibarlı media platforması yaratmaqdır.

“Medianın ən böyük sərvəti təkcə xəbərləri deyil, ona inanan oxucularıdır. Biz sizə yalnız xəbər vermək yox, hadisələri anlamağa kömək etmək istəyirik”, – Xəqani Səfəroğlu vurğulayıb.

Gununsesi.info