Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna lideri öz rəsmi “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, mövcud təhlükə barədə xəbərdarlıq sistemləri tamamilə yenilənəcək və iki fərqli təhlükə səviyyəsi – sarı və qırmızı kodlar tətbiq olunacaq. Baş Qərargah, Hərbi Hava Qüvvələri, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və xilasedicilər hər həftə hansı göstəricilərin bu səviyyələrə uyğun gələcəyini müəyyən edəcəklər.
İlkin plana əsasən, sarı səviyyə pilotsuz uçuş aparatlarının (dronların) aşkarlanması zamanı, qırmızı səviyyə isə ballistik raket təhlükəsi və kütləvi hava hücumları zamanı elan olunacaq. Eyni zamanda, təhlükənin rəng koduna uyğun olaraq hava həyəcanının səs siqnalları da tamamilə dəyişdiriləcək.
Zelenski sarı təhlükə səviyyəsi zamanı dövlət strukturlarının, biznesin və sosial obyektlərin fəaliyyətini davam etdirməsi üçün hökumətə konkret meyarlar müəyyən etməyi tapşırıb.










