70 aptek yoxlanıldı, 19-da nöqsan aşkarlandı

  • Müəllif: Firuzə
  • 03 Sentyabr 2026 16:27

Ötən ay ərzində ümumilikdə 70 aptekdə yoxlama həyata keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu yoxlamalardan 48-i Bakı şəhərində, 22-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

“Yoxlamaların 51-i planlı, 16- sı plandankənar və 3-ü yoxlamadan kənar olub.

Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib”, – məlumatda vurğulanıb.

Gununsesi.info