Beynəlxalq təcrübəyə diqqət yetirdikdə dünyanın inkişaf etmiş ölkələrdə bir çox universitetlərin büdcəsi kifayət qədər yüksəkdir. Bəlkə də, kiçik bir ölkənin büdcəsindən çox büdcəyə malikdir.
Bəs bunu necə edirlər?
Universitetlər yalnız təhsil haqqı ilə büdcə formalaşdırmalıdır?
Əlbəttə ki, xeyr.
Bəs bizim ali təhsil müəssisələri niyə öz büdcəsini daha çox artıra bilmir? Lazım ehtiyacları təmin etməkdə çətinlik çəkir?
Bizim universitetlərimiz də publik hüquqi şəxsdir və bunları etməklə beynəlxalq təcrübədə olduğu kimi büdcəsini artıra bilər.
- Əlavə təhsil və distant təhsil verərək büdcəsini təhsil haqqı hesabına çoxalda bilər. Türkiyənin Anadolu Universiteti distant təhsil ilə ölkənin ən çox tələbəsi olan universitetidir. Tələbə sayı 2 milyondan çoxdur. Hər tələbəyə görə 1000 dollar təhsil haqqı alarsa, kifayət qədər məbləğ edər.
- Dövlət qurumları və özəl sektor ilə təcrübə proqramı təşkil edə bilər. Böyük şirkətlərlə müqavilə bağlayıb oraya təcrübəyə göndərə bilər.
3.İş dünyasına ödənişli konsaltinq xidmət göstərə bilər. Məsələn: hər hansı bir təşkilata eycar, mühasibatlıq, İT və s kimi xidmətlər göstərə bilər. İşəgötürən 1000 AZN bir işçiyə verəcəyini universitet ilə 500 AZN müqavilə bağlayaraq xidmət ala bilər. Bunu kurslar edirsə, universitet daha yaxşısını edər.
- Beynəlxalq əməkdaşlıq edərək dil, İT və s sahələr üzrə sertifikat proqramları təşkil edə bilər.
- İxtiralar və kəşflərini böyük təşkilatlara sata bilər.
- Ödənişli yay və qış məktəbləri təşkil edə bilər.
- Karyera mərkəzlərində müxtəlif istiqamətlər üzrə ödənişli kurslar təşkil edə bilər.
- Reklam xidmətləri göstərə bilər. Qurumlara aid reklam xarakterli məlumatları öz portallarında yayımlaya bilər.
- İcarə müqaviləsi ilə idman zalları, stadion və s kimi xidmət sahələrini təqdim edə bilər.
- Yataqxana xidməti göstərə bilər.
- Xidmət sahələri üzrə vətəndaşlara xidmət göstərə bilər. Məsələn tibb poliklinikası açaraq həm tələbələrin praktiki biliklərini inkişaf etdirə, həm də vətəndaşlara tibbi xidmət göstərə bilər. Türkiyə modeli.
- Digər xidmət sahələri üzrə ödənişli xidmət göstərərək gəlir əldə edə bilər.

Ramil Nurəliyev












